Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Milli Məclisin deputatları Kiyevə gedirlər

Milli Məclisin deputatları Kiyevə gedirlər

Milli Məclisin deputatları Kiyevə gedirlər
2023-04-14 , 16:03

Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev, qrupun üzvləri Kamran Bayramov, Sabir Hacıyev aprelin 17-də Ukraynanın paytaxtı Kiyev şəhərinə səfər edəcəklər.

Yenilik.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Ukrayna tərəfinin dəvəti ilə gerçəkləşdirilən səfər çərçivəsində deputatlarımızın Ukrayna Ali Radasının spikeri, Azərbaycanla parlament dostluq qrupunun üzvləri, Ukraynadakı Azərbaycan diasporu və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.
Səfər aprelin 21-də başa çatacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.