Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Türkiyəli idmançı İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdi

Türkiyəli idmançı İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdi

Türkiyəli idmançı İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdi
2023-04-27 , 17:43

“Bizi bura dəvət etdikləri üçün Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm”.

Yenilik.az xəbər verir ki, bunu Ermənistanın paytaxtı İrəvandakı Avropa çempionatında qızıl medal qazanmış türkiyəli ağırlıqqaldıran Cansu Bektaş Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılama zamanı deyib.
20 yaşlı idmançı qazandığı medalı Azərbaycana həsr etməklə sözünü tutduğunu bildirib:
“Özümlə qürur duyuram. Türkiyə hər zaman dost və qardaşdır. Azərbaycan xalqını çox sevirəm. Federasiya prezidenti Talat Ünlüyə də təşəkkür edirəm. Onun sayəsində buraya gəlmişik. Mən medalımı Azərbaycana həsr etdim. Bunu mənim ağlıma gətirən də Talat Ünlü idi. Dostum Nazilə İsmayılovaya söz vermişdim. Sözümü tutduğum üçün sevinirəm”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.