Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » UNESCO-nun Baş Qərargahında ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert olub

UNESCO-nun Baş Qərargahında ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert olub

UNESCO-nun Baş Qərargahında ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert olub
2023-04-29 , 10:24

UNESCO-nun Parisdəki mənzil-qərargahında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi və Heydər Əliyev Fondunun birgə təşkil etdiyi tədbirdə diplomatik korpusun nümayəndələri, siyasətçilər, jurnalistlər, professorlar və digər şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev Heydər Əliyevin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifah halının yaxşılaşdırılmasında və dünya siyasətinə töhfələrində misilsiz xidmətlərindən danışıb.
O, Azərbaycanın mədəni irsinin dünyaya çatdırılması istiqamətində ən uğurlu addımların ümummilli lider Heydər Əliyev tərəfindən atıldığını vurğulayıb.
Daimi nümayəndə “Kitabi-Dədə Qorqud” eposunun 1300 illik yubileyinin keçirilməsi haqqında ulu öndərin 1997-ci il aprelin 20-də imzaladığı sərəncama toxunaraq qeyd edib ki, UNESCO nümayəndələri də bu hadisələrə biganə qalmayıb, 2000-ci ildə “Kitabi-Dədə Qorqud” eposunun 1300 illik yubileyi ilə əlaqədar UNESCO müxtəlif şəhərlərdə yubiley tədbirləri təşkil edib.
E.Abdullayev Azərbaycan-UNESCO əlaqələrinin inkişafında və genişlənməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz rolunu da vurğulayıb.
Sonra konsert proqramı təqdim olunub, proqram çərçivəsində Azərbaycanın “Avroviziya” Uşaq Mahnı Müsabiqəsi təmsilçisi Sona Əzizova çıxış edib. Onu tarda Sahib Paşazadə, pianoda Etibar Əsədli, balabanda Ələfsər Rəhimli, bas-gitarada Teddi Sorres, zərb alətlərində Yoann Şmidt müşayiət ediblər.
Musiqiçilər caz və muğamın sintezini təqdim edib, həmçinin xalq mahnılarını ifa ediblər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.