Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Fazil Mustafanın partiyası bağlanır? – Özü danışdı

Fazil Mustafanın partiyası bağlanır? – Özü danışdı

Fazil Mustafanın partiyası bağlanır? – Özü danışdı
2023-05-13 , 16:52

Milli Məclisin deputatı Fazil Mustafanın sədri olduğu Böyük Quruluş Partiyasının özünü buraxacağı ilə bağlı xəbərlər yayılıb.

Yenisabah.az xəbər verir ki, F.Mustafa məsələyə münasibət bildirib. 
Deputat sosial şəbəkə hesabında yazdığı statusda bu xəbərin doğru olmadığını vurğulayıb. Fazil Mustafa yeni qanunvericiliyin tələbinə uyğun olaraq partiya üzvləri ilə bağlı hüquqi prosedura başa çatdırdıqlarını qeyd edib.
Deputat deyib ki, Azərbaycanda siyasi partiyanın fəaliyyət göstərməsi üçün tələb olunan 7 min üzvün siyahını müvafiq dövlət qurumuna təqdim ediblər.
Fazil Mustafa rəhbərlik etdiyi siyasi təşkilatla bağlı həqiqətə uyğun olmayan məlumat yayan informasiya resursu ilə bağlı hüquqi müstəvidə tədbir görüləcəyini bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.