Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Döyülən model ölkədən qaçdı

Döyülən model ölkədən qaçdı

Döyülən model ölkədən qaçdı
2023-05-31 , 13:58

Xəbər verdiyimiz kimi, "Miss Azərbaycan-2017"nın qalibi, model və aparıcı Razi Əliyeva sevgilisi Ziya Hüseynzadə tərəfindən döyüldüyünü iddia edib.


Bakupost.az -ın əldə etdiyi məlumata görə, polis məsələ ilə bağlı araşdırmalara başladıqdan sonra Razi Əliyevanın ölkədə olmadığı üzə çıxıb. Hazırda onun harada olması ilə bağlı məlumat yoxdur.

Görünür, R.Əliyevanın ölkədən qaçmasının səbəb onun həyatı üçün təhlükə hiss etməsi ilə bağlıdır. Belə ki, o, sosial şəbəkə hesabında özünün və ailəsinin Z.Hüseynzadə tərəfindən davamlı şəkildə təhdid edildiyini açıqlayıb.


Qeyd edək ki, Z.Hüseynzadə evli olub. O, model sevgilisinə 3 dəfə evlilik təklif etsə də, R.Əliyevə evli olduğu üçün onunla yollarını ayrılmaq qərarına gəlib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.