Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Enerji içkisi adı ilə satılan ölüm

Enerji içkisi adı ilə satılan ölüm

Enerji içkisi adı ilə satılan ölüm
2023-06-03 , 18:01


Enerji içkiləri hər il bir çox insanın sağlamlığına ziyan vurur. Ən pisi isə enerji içkisinə görə həyatını itirənlərin sayının artmasıdır. Bir çox insan isə həmin bu təhlükəni görmür və ya görmək istəmir. 
Qida məsələləri üzrə ekspert, baş mütəxəssis Ağa Salamov Bizim.media-ya açıqlamasında bildirib ki, bəzi şirkətlər məhsullarını enerji içkisi adı ilə satsa da, onlar əslində qatqılarla hazırlanmış təhlükə doğuran sərinləşdirici içkilərdir:
“4-cü sənaye inqilabı əsridir. Bazar iqtisadiyyatı olduğu üçün kim hansı məhsulu istəyir, satır. Təbii ki, burada normativləri aşmaq olmaz. Enerji içkiləri ilə bağlı bir müddət əvvəl AQTA məlumat yaydı ki, bəzi enerji içkiləri heç enerji içkisi deyil. Həmin içkiləri istehsal edən şirkətlər məhsulun üzərinə sərinləşdirici şirə və s. yazmalıdırlar”.
Ekspert bildirir ki, enerji içkiləri dozasından artıq qəbul etdikdə ölümə belə səbəb ola bilər. Bu halların yaşanmaması isə birbaşa istehlakçının özündən asılıdır:
“Enerji içkilərinə taurin maddəsi vurulur ki, o yaratdığı müvəqqəti enerjini borc kimi verir, sonra başağrısı, ürək qan-damar sisteminin pozulması, yaxud da qəfil ölümlə nəticələnir. Bu içkilərdə fosfor istifadə olunduğuna görə şəkərə də səbəb olur. Həm də xəbərdarlıq edilir ki, 18 yaşına çatmayan şəxslərin enerji içkilərindən istifadəsi qadağandır. Həmin içkilərdə bir bankaya görə hesablanmış normativlər var. Məsələn, taurin bir bankaya görə neçə milli qram istifadə olunursa, bu məhsulun üzərində yazılmalıdır. Eyni zamanda birdəfəlik qəbulun dozası da etiketdə qeyd olunmalıdır”.
Bəs enerji içkiləri ilə bağlı problemlərin aradan qaldırılması üçün hansı tədbirlər görülə bilər?
“Bu insanların özündən asılıdır. Şəxs həftədə bir neçə banka enerji içkisi qəbul edə bilər. Lakin bunu vərdiş halına gətirmək sağlamlıq üçün ciddi təhlükə yaradır. Məsələn, gündə 7-8 banka içən gəncin gələcəyi təhlükə altındadır. Təbii ki, məhsulun daha çox satılması istehsalçıların maraqlarına uyğundur. AQTA bu barədə zəruri addımı atıb. Belə ki, müəyyən qrup içkilərin enerji içkisi olmadığı barəsində xəbərdarlıq verib. Yəni həmin içkilərə əlavə olunan qatqı maddələri birbaşa insan sağlamlığı üçün təhlükə yaradır”.
Ağa Salamovun sözlərinə görə, enerji içkilərinin fəsadlarını aradan qaldırmaq hazırda mümkün deyil və buna yalnız istehlakçıların özləri nəzarət etməlidirlər:
“Enerji içkiləri qlobal yayılmış məhsul olduğu üçün onların qarşısını almaq mümkün deyil.  Onların öz normativləri olduğu üçün kimsə qadağa qoya və ya fəaliyyətinə məhdudiyyət tələb edə bilməz. Ancaq  dövlət müdaxilə edə bilər. Bu da keyfiyyət problemi zamanı ola bilər. Əsasən isə istehlakçılar özləri müvafiq dozanı aşmamalıdırlar”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.