Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracının əmtəə nomenklaturası 25 vahid artıb - FOTO

Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracının əmtəə nomenklaturası 25 vahid artıb - FOTO

Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracının əmtəə nomenklaturası 25 vahid artıb - FOTO
2023-06-14 , 15:43

Son 5 ildə Azərbaycanda kənd təsərrüfatı istehsalı və emalı məhsulları ixracının əmtəə nomenklaturası 307-dən 332-yə yüksəlib.

Yenilik.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.
“2018-2022-ci illər ərzində sənaye məhsulları ixracının əmtəə nomenklaturası 884-dən 1 204-ə, kənd təsərrüfatı istehsalı və emalı məhsulları ixracının əmtəə nomenklaturası isə 307-dən 332-yə yüksəlib. Bu göstərici qeyri-neft-qaz sahəsində ixrac edilən məhsulların müxtəlifliyinin artmasını və ixrac potensialının genişləndirilməsini ifadə edir”, - nazir qeyd edib.


 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.