“Azərbaycanda kredit faizləri qonşu ölkələrdəkindən çox aşağıdır”

“Ləğvetmə prosesində olan “Bank Standart”ın 10 min 328 sayda əmanətçisinə ümumilikdə 437,38 milyon manat kompensasiya ödənilib. Bu isə 99 % deməkdir”.
Taleh Kazımov qeyd edib ki, bizdə kredit faizləri qonşu ölkələrindəkindən çox aşağıdır: “Azərbaycanda kredit faizi hüquqi şəxslər üzrə 10,1 %, fiziki şəxslər üçün isə 16,1 %-dir”.
Baş bankir əlavə edib ki, valyuta mübadiləsində şəxsiyyət vəsiqəsi tələbini qaldırmaq kimi fikir yoxdur.
O, həmçinin bildirib ki, Azərbaycanda əmanətlərin sığortalanması ilə bağlı 100 min manatlıq limitin artırılmasına ehtiyac yoxdur.
OXŞAR XƏBƏRLƏR