Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Bəzi müğənnilər üz qarasıdır, onların efirə buraxılması...” – Qalmaqallı açıqlama

“Bəzi müğənnilər üz qarasıdır, onların efirə buraxılması...” – Qalmaqallı açıqlama

“Bəzi müğənnilər üz qarasıdır, onların efirə buraxılması...” – Qalmaqallı açıqlama
2023-06-29 , 17:34

Son dövrlər ailə-məişət zəmnində baş verən münaqişələrin, cinayətlərin sayı artıb. Əvvəllər nadir hallarda təsadüf olunan bu tip hadisələri artıq adi hal kimi qəbul etməyə başlamışıq. 

Bəs ailələrdə dəhşətli cinayətlərin sayı niyə artıb? Problemin kökündə duran səbəblər nədir? Sosial şəbəkələrin bu cinayətlərdə rolu varmı?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan psixoloq Gülnar Orucova bildirib ki, son illər müasir texnologiya həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib və bəzilərinin sosial şəbəkələrdə "aşiq" və "məşuqə" axtarışına çıxması cəmiyyətdə ağır fəsadlara yol açıb:
“Əvvəllər biz görməzdik ki, kimsə əmisi ilə, dayısı ilə qaçsın. Sosial şəbəkələr o qədər genişləndi ki, bu gün biz 13 yaşlı qızın 43 yaşlı kişi ilə qaçdığını görürük. Soruşanda da cavab verirlər ki, sosial şəbəkələrdə tanış olmuşduq. Qızlar olar-olmaz düşünmədən hər cür insanla sosial şəbəkədə tanış ola bilirlər. Çünki qadınlar qulağı ilə sevir, bir neçə xoş söz eşitdikdə elə bilirlər ki, bu sevgidir, sahiblənməkdir.
Bəzən kişilər sizə nə isə əldə etmək üçün vədlər verə bilər, amma bunu etməyəcək. Bəzənsə elə adam olur ki, o öz hisslərini sözlə ifadə etməkdə çətinlik çəkir, lakin doğru insandır. Buna baxmayaraq, qadınlar xoş sözlərə, yalançı vədlərə aldanır və pis yollara sövq edilir. Ona görə də qadınların pozulmasında, əxlaqsızlıq etməsində, pis yollara düşməsində sosial şəbəkələrin bilavasitə rolu var”.
Psixoloq efirlərdə davamlı olaraq nümunə olmayan adamların göstərilməsinin də cəmiyyətə təsirsiz ötüşmədiyini qeyd edib: 
“Efirlərdə örnək olmayan ekspertlərin, müğənnilərin, aparıcıların iştirakı da qadınları pis yola çəkir. Baxırsan ki, müğənnidir, düşünürsən ki, sənət göstərəcək, amma çılpaq bədən, plastik əməliyyatlar, düzgün olmayan geyim tərzini göstərir. Onlar bunları nümayiş etdirirlər, bu gün müğənnilərə baxıb deyə bilmərik ki, onlar xalqa örnəkdir. 
Bəzi müğənnilər həqiqətən üz qarasıdır, onların efirə buraxılması belə qadağan olunmalıdır. Çünki onlar düzgün olmayan yaşam tərzini, davranışını və əndamlarını göstərirlər.  Onlar sənətdən başqa hər şeyi bu xalqa göstərirlər. Bu insanların efirdə örnək kimi göstərilməsi, sosial şəbəkələrdə boy-boy paylaşılması düzgün deyil. Gəlin, keçmişə nəzər salaq, Rübabə Muradovanı, Şövkət Ələkbərovanı, Zeynəb Xanlarovanı xatırlayaq. Mən demirəm ki, sovet dönəminə qayıdaq, xeyr!  Amma nəzərə alaq ki, onda sənət var idi, bu günsə sənət yoxdur, ancaq vücudun nümayişi, bayağı rəqs, sponsor tapmaq üçün verilən hoqqalar var…
İnsanlar da hara baxsalar bunu görürlər və qadınlar onlara bənzəməyə çalışırlar. Vəziyyət getdikcə pisə doğru gedəcək. Bəlkə də düşünürük ki, düzəldəcəyik, xeyr, daha da pis olacaq”.
Onun sözlərinə görə, artıq insanlar qadın qətllərini adi qəbul edirlər:
“Ən pisi isə odur ki, artıq qətllər barədə paylaşım edəndə insanlar heyfslənmir, pis olmurlar, əksinə, şərhdə yazırlar ki, “düz edib öldürüb”, “xəyanətin cəzası ölümdür” və s.
Siz kimsiniz ki, kiminsə yerinə qərar verirsiniz?! Bir qadın hər nə etsə də, kiminsə onu öldürməyə haqqı yoxdur! Qarşı tərəf ondan ayrıla bilər, amma öldürməyə haqqı yoxdur. Bu gün qəribə tendensiya yaranıb, ailəni tanımadan, məhkəmə qərarı olmadan sosial şəbəkə istifadəçiləri artıq qərar verir. Başqasının ailəsi qaranlıq meşədir, içinə girmədən nə baş verdiyini bilmək olmur”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.