Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Dərmanların içliklərinin Azərbaycan dilində olması tələbi LƏĞV EDİLDİ

Dərmanların içliklərinin Azərbaycan dilində olması tələbi LƏĞV EDİLDİ

Dərmanların içliklərinin Azərbaycan dilində olması tələbi LƏĞV EDİLDİ
2023-07-14 , 14:53

Dərman vasitələri üçün içlik vərəqələrinin Azərbaycan dilində olması tələbi aradan qaldırılır.

Manset.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dərman vasitələri haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

“Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə dil məhdudiyyətinin aradan qaldırılması nəzərdə tutulur. Türk, rus və digər dillərində də içlik vərəqələrinin qəbul edilməsi təklif edilir.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.

Qeyd edək ki, bu gün Milli Məclisin növbətənkənar sessiyasının son iclası keçirilir. İclasın gündəliyinə 19 məsələ daxildir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.