Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Razi Nurullayev: “Mən parlamentdən kömək istəyirəm!”

Razi Nurullayev: “Mən parlamentdən kömək istəyirəm!”

Razi Nurullayev: “Mən parlamentdən kömək istəyirəm!”
2023-07-14 , 15:49

Milli Məclisin iclasında çıxış edən deputat Razi Nurullayev onu və seçicilərini narahat edən məsələlərdən danışdı.

Musavat.com-un məlumatına görə deputat öncə bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri olub və onlar lisenziya ilə fəaliyyət göstərib diplom verib. Ancaq deputatın sözlərinə görə, indi o şəxslərin işə düzəlmək problemi var, çünki təhsil nazirliyi o diplomları təsdiq etmir: “Deyirlər ki, qanunsuz işləyib, qanunsuz diplom verib və sair. Necə olub bu? Onlar yerin altında fəaliyyət göstərib, yoxsa sehrli çubuqla özlərini görünməz edib? Onların içərisində xeylisi var, o cümlədən Cənubi Rusiya Humanitar İnstitutu ki, Bakıda olub, sərhədi çıxıb-getməyə ehtiyac olmayıb. Tələbələr 5 il oxuyub. İndi onların hamısı diplomunu təsdiq edə bilmir, kim işləyirsə, işdən çölə atılır, yaxud da iş yerində hər il stress yaşayır ki, yenə yoxlayırlar. Bunların ürəyi xəstə düşdü ki... Bunlar məhv oldu ki...” 
R.Nurullayev daha sonra sual etdi: “O lisenziyanı kim verib, dövlət, diplomu kim verib, dövlət, kim şərait yaradıb dövlət. Əzizlərim, niyə vətəndaşlara qarşı bu cür hərəkət edilir? Niyə günah vətəndaşın üzərində qalmalıdır? Bu məsələ mütləq həllini tapmalıdır və təhsil nazirliyinin yanaşması bu ölkədə böyük narazılıqlar yaradır. Onlar hər bir məsələdə vətəndaşı günahkar görür. Nəyə nail olmaq istəyirlər, bilmirəm. Həll yolunu onlar tapmalıdır, maneçilik etmək yox. Bəyənmirsən, bir illik kurs təyin elə, oxusunlar, imtahan versinlər. Kəsib atmağa nə var, faydalı iş odur ki, kömək edəsən, həll yolu tapasan. Nazirlər kabineti bu məsələni həll edərdi məncə, təhsil nazirliyi doğru yanaşma və təklif ortaya qoymur. Elə kəsmək, doğramaq, ancaq və ancaq vətəndaşı günahkar çıxarmaq. Mən parlamentdən kömək istəyirəm!”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.