Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qubad İbadoğlunun partiyasından daha bir istefa – “ADR-də kriminal baxışlar hökm sürür”

Qubad İbadoğlunun partiyasından daha bir istefa – “ADR-də kriminal baxışlar hökm sürür”

Qubad İbadoğlunun partiyasından daha bir istefa – “ADR-də kriminal baxışlar hökm sürür”
2023-07-14 , 16:16

Əlövsət Talışxanlı Azərbaycan Demokratiya və Rifah Hərəkatının (dövlət qeydiyyatına alınmayıb-red) sədr müavini vəzifəsindən istefa verib.

 
Pravda.az-ın xəbərinə görə, bu barədə Ə.Talışxanlı özü məlumat verib.
 
“Parlaq dürüst niyyətlə siyasətə gəldik ki, sivil dünyanın axarında addımlayaq. Müsavatdan ayrılanda belə düşündük ki, ziyalı bir intellektual bir təşkilat quraq. İlk yaranışımızda konstruktiv, radikalizmdən uzaq yol tutsaq da, sonrakı zamanlarda təşkilat bir qrup primitiv düşüncəli siyasətbazların və keçmişi kriminala bağlı üzvlərin təsir dairəsinə keçdi. Düşündüyümüzün əksi olaraq təşkilatda qeyri-səmimiyyət hökm sürdü. Çox təəssüf olsun ki, təşkilat siyasi  intriqa bacarığından savayı, nəyisə anlamayan və yalnız neqativ düşüncəyə sahib fürsətçilərin təsir dairəsinə düşdü. Fikir pluralizmi, sərbəst düşüncə tərzimiz təqib olundu. Hər birimizin bilməyə və əməl etməyə borclu olduğumuz amma çox təəssüf ki, neqativə yüklənmiş digərlərinin əməl etmədiyi ortaq dəyərimiz olan nizamnamə qanunundan yox, imtiyazdan istifadəyə üstünlük verildi. Təşkilatı demokratiya üçün təhlükəsiz sivil bir duruma gətirə bilmədik. Siyasi əxlaq baxımından deməliyəm ki, ADR partiyasında Azərbaycan ictimai siyasi həyatında xüsusi çəkisi və imzası olan və yüksək əxlaqi dəyərlərə malik insanlarla yanaşı normal düşüncə tərzindən uzaq qaragüruh və kriminal baxışlar hökm sürür və ritorikaları ilə öndədilər. Hər anımızın sonu görünməyən indidə nə təkmilləşə bildik, nə də mübahisələrdə keçirəcək vaxtımız qaldı. Çox təəssüf edəcək bir keçmişlə başa vurmamaq naminə yeganə əlimdən alına bilinməyən istefa mədəniyyətinə üz tutmaq zoru ilə üzləşdim”, - o bildirib.
 
Qeyd: Partiyanın sədri iqtisadçı Qubad İbadoğludur. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.