Anası tərəfindən zibilliyə atılan 10-15 günlük körpənin vəziyyəti AÇIQLANDI - VİDEO

Sabunçu rayonunda zibillikdən tapılan körpənin vəziyyəti açıqlanıb.
“Hazırda körpənin vəziyyəti stabil olaraq qalır. Göbəyi hələ də düşməyib. Götürülən analizlərin cavabları müsbətdir. Əlavə analizlərin də götürülməsi nəzərdə tutulub”, - deyə qurumdan bildirilib.
Qeyd edək ki, Sabunçu rayonunda ötən gün 10-15 günlük körpə anası tərəfindən zibil qutusuna atılıb. Körpə Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri tərəfindən tapılıb və polis əməkdaşlarına təhvil verilib.
OXŞAR XƏBƏRLƏR