Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Naxçıvanda doğum evində kondisionerlər işləmir: Su alıb aparırıq ki...

Naxçıvanda doğum evində kondisionerlər işləmir: Su alıb aparırıq ki...

Naxçıvanda doğum evində kondisionerlər işləmir: Su alıb aparırıq ki...
2023-07-24 , 17:53

Naxçıvan Şəhər Doğum Evində kondisionerler işləmir.

Bununla bağlı Naxçıvan vətəndaşı tərəfindən AZXEBER.COM-a daxil olan şikayətdə bildirilib.
Vətəndaşın sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının Uşaq Doğum evində olan vəziyyət acınacaqlıdır. 
Xəstəxanada olan kondisionerlər işləmir, səbəb kimi maliyyə çatışmazlığı olduğunu bildirən vətəndaş nəinki xəstələr, hətta həkimlər və tibb bacılarının da istidən əziyyət çəkdiyini bildirib. 
Vətəndaş deyib ki, o, xəstəxanada yatan həyat yoldaşı üçün sərinkeş aparıb və xəstəxanada olan həkimlər də istidən sərinləmək üçün onun ətrafına yığışıb. 
O, bundan başqa soyuducularda da sərinliyin olmadığını, xəstələrin sərinləmək üçün heç bir vasitələrinin olmadığını iddia edib:
"Naxçıvan Muxtar Respublikasının Uşaq Doğum Evində olan vəziyyət acınacaqlıdır. Xəstəxanada kondisionerlər işləmir. Səbəb kimi maliyyə çatışmazlığı deyirlər, nəinki xəstələr hətta həkimlər və tibb bacıları da istidən bərbad vəziyyətdədir, deyilir ki, köhnə rəhbərlikdi günahkar. 6 il bundan öncə mənim ilk övladım dünyaya gələndə şərait daha yaxşı idi. Hazırda sovet dövründən qalma soyducular saxlanılır. Xəstələr sərin su istəyir deyirlər işləmir, mən yoldaşım üçün evdən sərinkeş alıb-aparmışam, tibb bacıları da istidən onun başına yığışırlar. Baş həkimə şikayət edirik deyir ki, mən də təzə təyin olunmuşam. Heç mənim otağımda da işləmir". 
Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. 
Səhiyyə Nazirliyindən verilən məlumata görə, hazırda xəstəxanada təmir işləri gedir və 2-3 gün ərzində xəstələrin və həkimlərin sərinləməsi üçün bütün vasitələr bərpa olunacaq:
"Kondisionerlərdə nasazlıq yaranıb. Təmirlə əlaqədar söndürülüb. 2 gün ərzində yenidən bərpa olunacaq”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.