Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Surət çoxdan ölməli idi" - Hafiz Hacıyev

"Surət çoxdan ölməli idi" - Hafiz Hacıyev

2023-08-02 , 15:09

Müasir Müsavat Partiyasının sədri Hafız Hacıyev ötən gün dünyasını dəyişən sabiq baş nazir Surət Hüseynovla bağlı açıqlama verib.

 
Yenilik.az xəbər vcerir ki, bu barədə o, "Sherg.az"a danışıb.
 
H. Hacıyev həmçinin S. Hüseynovun köməkçisi Könül Rafiqqızının onun zəhərləndiyi iddiasından da söz açıb:
 
"Surət Hüseynov Azərbaycan xalqına düşmən insandır. Bunu biləsiz. Ona rəhmət düşmür. Bu adam Elçibəy hakimiyyətini devirən insandır, qiyamçıdır. Əlbəttə hər şey, onun öldürülməsi də, zəhərlənməsi də gözlənilirdi. Gərək insan həyatda yaxşılıq etsin. Onun heç bir yaxşılığı olmayıb. Azərbaycan müstəqilliyinə xələl gətirən bir adam olub. Bu belə bir tərbiyəsiz insan idi. Ona rəhmət düşmür. O çoxdan ölməli idi, gecikmişdi. Allah ona lənət etsin".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.