Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Bank of Baku" kredit verilişinə məhdudiyyət qoydu

"Bank of Baku" kredit verilişinə məhdudiyyət qoydu

2023-08-04 , 17:21

"Bank of Baku" təkrar müştərilərinin kredit əldə etməsinə məhdudiyyətlər tətbiq edir.


Yenilik.az
Kommersant.az-a istinadən xəbər verir ki, rəsmi gəliri 2 min manat olan sözügedən bankın nümunəvi müştərisi "Bank of Baku"dan kredit əldə edə bilmir. Bankın kredit mütəxəssislərindən verilən məlumata görə kredit rəsmiləşdirilməsində rəsmi əmək haqqı ilə yanaşı qeyri-rəsmi gəlir də nəzərə alınır. Müştərinin rəsmi gəliri 2 min manat, qeyri-rəsmi gəliri isə 3-4 min manat olmasına baxmayaraq adının çəkilməsini istəməyən müştəriyə təkrar kredit verilməyib.

Qeyd edək ki, müştərinin sözlərinə görə, bank onun bütün məxfi hesab ediləcək sənədlərini topladıqdan sonra ona yox cavabı verib. İlkin kredit prosedurlarında isə əvvəlcə kredit tarixcəsinə baxılır və məxfi hesab edilməyəcək sənədlər toplanır. Vətəndaşa ayrılan kreditin məbləği və faizləri iki tərəf arasında razılaşdırıldıqdan sonra isə məxfi hesab olunan (iki tərəf arasında olan müqavilələr və s.) sənədlər toplanır. Yəni, "Bank of Baku" əvvəlcə məxfi sənədləri toplayıb özündə arxivləşdirdikdən sonra müştərilərinə yox cavabı verir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.