Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Məşhur aparıcıdan sensasiyalı açıqlama: “Əri bilir ki, arvadı...”

Məşhur aparıcıdan sensasiyalı açıqlama: “Əri bilir ki, arvadı...”

Məşhur aparıcıdan sensasiyalı açıqlama: “Əri bilir ki, arvadı...”
2023-08-16 , 15:06

Ölkədə fəaliyyət göstərən televiziya kanallarında ailə-məişət, sosial mövzularının yer aldığı verilişlərin reytinqi həmişə yüksək olur.  Lakin son vaxtlar bəzi verilişlərdə müzakirə edilən mövzuların həddindən artıq biabırçı olduğu iddia edilir. Efirə övladının atasını axtarmaq üçün gələnlər, onu aldadan arvadından intiqam almaq məqsədilə çıxanlar isə sərt tənqidlərlə üzləşir. Cəmiyyət belə şəxslərin efirə çıxarılmasının əleyhinədir və onların insanlara mənfi örnək olduğunu bildirir. Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış teleaparıcı Amil Xəlil bildirib ki, bu tip verilişlər dünyanın hər yerində var:

 
"Sosial layihələr tək bizdə deyil, bütün dünyada bu tip verilişlər var. Bəzən bizi tənqid edirlər ki, bu nədir, bizə düşmən baxır. Lakin Emənistanda bir kanalda 3 sosial layihə gedir. Bunu "YouTube"da da görə bilərsiniz.
 
Bundan başqa, heç kim  deyə bilməz ki, belə verilişlər dəyərlərə ziddir. Əksinə, pis də olsa, efirdə göstərilənlərin örnək alınacaq tərəfi var".
 
Aparıcı onun verilişinə müraciət edən hər şikayətçini efirə çıxarmadığını qeyd edib:
 
"Bizə o qədər müraciət edənlər var ki, amam hər kəsi qəbul etmirəm, çünki layihəm kriminaldır. Məsələn, rayonların birində kişi qonşu gəlinlə görüşür, qadının əri də bunu bilir, hətta bir neçə dəfə onları tutub. Buna baxmayaraq, onlar yenə də bir yerdə yaşamağa davam  edirlər. Kişi gəlib deyir ki, mən nə edim, yol göstər. Gedir başqa verilişlərə müraciət edir və efirə çıxır. Sözümün canı odur ki, reytinq xətrinə bəzən sosial layihələrdə biabırçılıqlar olur, amma reytinq qazanmaq da asan deyil. Tamaşaçı layihədə, aparıcıda sünilik hiss edirsə, özünü öldürsən də verilişini izləməyəcək. Ümumiyyətlə, televiziyada çalışmaq asan deyil, bilmirsən tamaşaçı səni qəbul edəcək, ya yox.
 
Adi bir misal çəkim, ötən gün Qubada məmurların sakinlərin başına açdığı oyun barədə efirdə danışdım. Orada camaatın qəbirlərini darmadağın ediblər. Bu hadisəni ictimailəşdirdikdən sonra sosial şəbəkələrdə mənə qarşı hücumlar başladı".
 
A.Xəlilin sözlərinə görə, DNT analizi üçün efirə üz tutanların müxtəlif səbəbləri var. Bəzən bu şəxslərin başqa yolu olmur:
 
"O ki qaldı, efirə gəlib övladının atasını axtaranlara, bunun da səbəbi var. Çünki həmin adamların DNT analizi verməyə imkanı yoxdur, bu analizlər 3-4 min manatdan başlayır. Bildiyiniz kimi, məhkəmə də DNT analizi təsdiq olunarsa, qarşı tərəfdən həmin pulu alır, olunmasa, 4 min manat da analiz verdirənin boynunda qalır.
 
Bundan əlavə, insanlar qarşı tərəfdən qisas almaq, onu biabır etmək üçün efirə üz tuturlar".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.