"Nikosayağı"nın dedikləri başına gəldi? - İlahiyyatçıdan AÇIQLAMA
Xəbər verdiyimiz kimi "Nikosayağı" ləqəbi ilə tanınan bloger Nicat Şakirli avqustun 15-i gecə saatlarında avtomobil qəzası keçirib və nəticədə qolu amputasiya olunub.
Əksəriyyət baş verənlərin təsadüf olmadığını, blogerin öz dediklərinin hadisəyə vəsilə olduğunu deməklə yanaşı, "Allah eşitdi" deyə fikir səsləndirib.
Doğrudanmı insan nəyi çox desə başına gəlir? Doğrudanmı Allah bəd duaları daha tez eşidir?
Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən ilahiyyatçı Elşad Miri bildirib ki, dini aspektdən insanların səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur: "Bir insan hər gün güzgünün qarşısında desə ki, "Mən Amerikanın prezidentiyəm" olacaqmı? Bir insan hər gün desə ki, "mən Eynşteynəm". Alınacaqmı?"
Onun sözlərinə görə, psixiatriya xəstəxanalarında bu cür anlayışlar çoxdur: "Aktyor və ya aktrisa hansısa rolu ifa edirsə, bu o demək deyil ki, mütləq başına gələcək, yaxud rolunu oynadığı şəxsdir. Nəsimi rolunun ifaçısının dərisimi soyulmalıdır?"-deyə ilahiyyatçı bildirib.
Elşad Miri sonda qeyd edib ki, dində bu cür anlayış yoxdur. Əksinə Quranda hər kəsin etdiyinə görə və etdiyi qədər məsuliyyət daşıdığı buyurulur. Allah isə insanı hər zaman eşidir və görür.//Publika.az
OXŞAR XƏBƏRLƏR