Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Tıxacların əsas səbəbi universitetlərdir: Hansı universitetlər Bakıdan köçürülə bilər?

Tıxacların əsas səbəbi universitetlərdir: Hansı universitetlər Bakıdan köçürülə bilər?

Tıxacların əsas səbəbi universitetlərdir: Hansı universitetlər Bakıdan köçürülə bilər?
2023-09-06 , 16:08

Paytaxtdakı universitetlərin əksəriyyətinin şəhərin mərkəzində yerləşməsi avtomobil sıxlığının daha da artmasına səbəb olur.


Belə ki, sentyabrın 15-dən sonra tıxacların dözülməz olacağı şübhəsizdir. Bakının illərdir həllini tapmayan tıxac problemindən çıxış yolu kimi zaman-zamam ali təhsil ocaqlarının paytaxtdan bölgələrə köçürülməsi təklif olunsa da, bu proses hələ ki reallaşmayıb.

Mözvu ilə bağlı təhsil eksperti Kamran Əsədov AZXEBER.COM-a açıqlamasında bildirib ki, ali təhsil müəsissələrinin şəhərdən kənara köçürülməsi paytaxtda tıxac probleminin həll edilməsində vacib amillərdən biri ola bilər:

"Hazırda respublika üzrə 44 ali təhsil müəssisəsi və 7 filial fəaliyyət göstərir ki, bunlardan 35-i Bakıda yerləşir. Əslində, bu gün pik saatlarda yaranan sıxlıq yollara bitişik ərazilərdə yerləşən ali təhsil müəsissələrinin hesabınadır. Buna görə də universitetlərin şəhərdən kənara köçürülməsi məqsədəuyğundur. Əgər belə olarsa, ali təhsil müəsissələrinin yerləşdiyi küçə və prospektlərdə tıxacların qarşısı alınar. Hesab edirəm ki, paytaxtdan kənara köçürülməyə ehtiyac olan univerisitetlər əsasən Dillər Universiteti, İqtisad Univeristeti, Slavyan Universiteti və Pedaqoji Universitetidir. Çünki bu universitetlərin tədris binaları paytaxtın mərkəzində, nəqliyyatın sıx hərəkətdə olduğu yerlərdə yerləşir. Düşünürəm ki, həmin ali məktəblərin Sumqayıt, Abşeron, Saray və Ceyranbatan ərazilərində yerləşdirilməsi daha effektiv olardı. Bu həm də Bakı ərtafı ərazilərin də inkişafına təkan verərdi”.

Ekspert qeyd edir ki, bütün universitetlərin şəhərdən kənara köçürülməsinə ehtiyac yoxdur:

"O universitetləri köçürmək lazımdır ki, onlar şəhərin mərkəzində tıxacların yaranmasına səbəb olur, gediş-gəlişi çətinləşdirir. Elə universitetlər var ki, onların həyətləri, sahəsi, bağ-baxçası yoxdur. Həmin universitetlərin şəhərin mərkəzində olmasının heç bir əhəmiyyəti yoxdur. Bəzi institutların, maşın saxlamaq, tələbələrin hərəkəti üçün yol problemi var. Şəraiti olmayan ali təhsil ocaqlarının şəhər kənarında ayrıca bir şəhərcikdə yerləşdirilməsi daha məqsədəuyğun olardı”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.