“Nar”dan yeni dərs ili üçün əla fürsətlər!
+8“Nar” yeni tədris ilində bir neçə yararlı xidməti endirimli qiymətlərlə təklif edir. Xarici dili əyləncəli şəkildə öyrənmək istəyən şagirdlər və azyaşlı uşaqlar Lingokids, 3D formatında öyrənmək istəyən yeniyetmələr və tələbələr isə Fluentworlds tətbiqlərindən yararlana bilərlər. Bundan başqa, təhlükəsizlik baxımından övladlarının qayğısına qalan və harada olmasına nəzarət etmək istəyən valideynlər NaviMax tətbiqini yükləyə bilərlər.
Xidmətlərin istifadəsinə başlamaq üçün uyğun tətbiqi “App Store” və “Play Store”-dan yükləmək mümkündür. Əlavə olaraq, həmin xidmətlər haqqında ətraflı məlumatı nar.az saytında tətbiqlər bölməsindən əldə edə bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
OXŞAR XƏBƏRLƏR