Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sumqayıtda evə silahlı basqın nəticəsində qətlə yetirilən Suzananın FOTOSU

Sumqayıtda evə silahlı basqın nəticəsində qətlə yetirilən Suzananın FOTOSU

Sumqayıtda evə silahlı basqın nəticəsində qətlə yetirilən Suzananın FOTOSU
2023-10-31 , 16:19

Sumqayıtda evə silahlı basqın nəticəsində 2 nəfərin qətlə yetirilib, 4 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər alması barədə məlumatı vermişdik.

Trend hücum zamanı qətlə yetirilənlərdən ailənin qızı Suzana Karakaşın fotosunu əldə edib.
Qeyd edək ki, oktyabrın 28-də Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfərin ölümü və 4 nəfərin xəsarət alması ilə nəticələnən cinayət hadisəsini törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu saxlanılıb. Onlar qonşu olublar.
Xatırladaq ki, şəhərin 16-cı mikrorayon ərazisində, Corat bağları yaşayış massivində fərdi yaşayış evinə silahlı hücum zamanı Fərəcov Dağbəyi və onun qızı Suzana Karakaş öldürülüb, Fərəcov Tərlan və Türkiyə vətəndaşı Karakaş Serkan və 1958-ci il təvəllüdlü Sarıyev Mehman Mahmud oğlu, 1990-cı il təvəllüdlü Sarıyev Etibar Mahmud oğlu yaralanıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.