Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Siyavuş Novruzov: “Bank faizləri aşağı salınmalıdır”

Siyavuş Novruzov: “Bank faizləri aşağı salınmalıdır”

Siyavuş Novruzov: “Bank faizləri aşağı salınmalıdır”
2023-11-15 , 18:08

Milli Məclisin plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilib.

Yenilik.az xəbər verir ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. 
Deputat Siyavuş Novruzov çıxışında bank faizlərinin yüksək olmasına diqqət çəkib.
Deputat qeyd edib ki, hazırda bu rəqəm 14 faizdən başlayır: “Keçmişdə daha yuxarı idi və tədricən aşağı salınıb. Bu gün üçün illik 14 faiz çoxdur. Hesab edirəm ki, bank faizləri aşağı salınmalıdır”. 
S.Novruzov əlavə edib ki, bankların xarici banklarla əməkdaşlığı sıfır səviyyəsindədir: “Həmçinin valyutadəyişmə məntəqələrinin sayını artırmaq lazımdır. Rayonlarda qara bazar fəaliyyət göstərir. Rayon bazarlarının içərisində, müəyyən avtobus dayanacaqlarında əldə pullar dəyişilir və dövlətə hər hansı xeyir gəlmir. Bank sistemi ölkənin qan-damar sistemidir”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.