Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Azərbaycanda Mediasiya" mövzusunda maarifləndirmə görüşü keçirilmişdir.

"Azərbaycanda Mediasiya" mövzusunda maarifləndirmə görüşü keçirilmişdir.

2023-12-10 , 14:32

08.12.2023-cü il tarixində Mediasiya Şurası ilə Gəncə Dövlət Universiteti arasında təşkil olunmuş "Azərbaycanda Mediasiya" mövzusunda tələbə və müəllimlərlə maarifləndirmə görüşü keçirilmişdir.


GDU-nun Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva qonaqları və içtirakçıları salamlayaraq tədbiri açıq elan etmişdir.

Tədbirdə Gəncə 2 saylı Mediasiya Təşkilatının rəhbəri Anar Abdullayev, təşkilatın mediatorları Azər Qurbanov və Samir Zeynalov, eyni zamanda Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association üzvü Rəşad Babayev Azərbaycanda mediasiya sahəsində qanunvericilik aktları və sənədləşmə, eləcə də mediasiya prosesinin tətbiqi, prinsipləri, tərəflərin hüquq və vəzifələri, mediasiyada vəkillərin rolu, mediasiyanın perspektivləri barədə tədbir iştirakçılarına ətraflı məlumatlar verilmişlər. 

Daha sonra GDU-nin Mediasiya Mərkəzinin rəhbəri Ruslan Məmmədov mərkəzin və onun yaranma tarixi və universitet daxili mediasiya siyasəti haqqında məlumat vermişdir.

Yekunda mediatorlar tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.