Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Yanvar çağırışı başlayır: “Neqodnı”lar əsgər gedir?

Yanvar çağırışı başlayır: “Neqodnı”lar əsgər gedir?

Yanvar çağırışı başlayır: “Neqodnı”lar əsgər gedir?
2023-12-27 , 17:03

Artıq həqiqi hərbi xidmətə çağırılanların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparacaq. 

Cəmiyyətdə isə sual yaranır: Əvvəllər hərbi komissarlıqda “xidmətə yararsız” adı ilə hərbi bilet alan gənclərin sağlamlığı yenidən yoxlanılacaqmı? Ola bilər ki, yenidən yoxlama aparılsın və şəxsin “neqodnı” olmadığı üzə çıxsın? Bu halda şəxs əsgərliyə aparıla bilərmi? 
Mövzu ilə bağlı Yenisabah.az-a danışan hərbi ekspert Ədalət Verdiyev məsələnin detallarını açıqlayıb: 
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hərbi çağırışa cəlb olunacaq vətəndaşlarımızın xidmətə yararlılıq səviyyəsini gələn ilin iyul ayından təyin etməyə başlayacaq. Əvvəlki illərdə bu və ya digər yollarla saxta “xidmətə yararsız” adı ilə hərbi bilet alan və çağırış yaşı 36 yaş yarıma qədər olan vətəndaşlarımızın hər biri təkrar yoxlamalardan keçiriləcək. Bu yoxlamalar nəticəsində onların hərbi xidmətə yararlı olub-olmaması barədə təkrar qərar veriləcək. Təbii ki, “xidmətə yararsız” olanlara təkrar möhlət hüquq veriləcək, amma hərbi xidmətə yararlı olanlar təbii ki, ordu sıralarına göndəriləcək”. 
Ekspert qeyd edib ki, bundan sonra saxta yollarla hərbi “xidmətə yararsız” statusu almış şəxslər müəyyən edilərək ordu sıralarına göndəriləcək, onlara bu sənədi verənlər isə cinayət məsuliyyətinə cəlb olunacaq: 
“Əgər şəxsin xidmətə yararlı olduğu halda, saxta “xidmətə yararsız” statusu aldığı ortaya çıxarsa, şəxsin ordu sıralarına göndərilməsi və ona “yararsız” statusu verən həkimlərin hüquq-mühafizə orqanları tərəfindən araşdırma obyektinə çevrilməsi ilə nəticələnəcək. Artıq belə hallar və araşdırmalar var. Bu həm mülkidə, həm də hərbi çağırışla bağlı əlilliyə imkan yaradan, yaxud ordudan yayınmağa imkan yaradan saxta rəylər verən həkimlərdən cinayət məsuliyyətinə cəlb olunanlar var, onların bəziləri müəyyən müddətə həbs olunub, bəziləri haqda isə araşdırmalar davam edir. Məsləhətim budur ki, kimsə saxta yollarla əlillik əldə etməyə, yaxud ordu sıralarından yayınmaq üçün çirkli yollara əl atmağa çalışmasın. Bu heç bir nəticə verməyəcək, əksinə, bəzilərinin həbsinə, vəsait ödəyənlərin isə hərbi xidmətə getməsi ilə nəticələnəcək”. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.