"Qadınların pensiya yaşı azaldılmalıdır, çünki..." — Vahid Əhmədov

mək və əhalinin sosial müdafiə nazirinin müavini Anar Əliyev 2023-cü ilin yekunlarına dair mətbuat konfransında pensiya yaşı məsələsinə toxunub. O, qadınların pensiya yaşının azaldılması ilə bağlı təkliflərə aydınlıq gətirilib. Nazir müavininin sözlərinə görə, əmək pensiyaları ilə bağlı tələblər qanunla tənzimlənir: "Qadınların pensiya yaşı mərhələli şəkildə artırılır. Bu gün nazirliyin gündəliyində qadınların pensiya yaşının azaldılması məsələsi yoxdur".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da Demokrat.az-a açıqlamasında qadınların pensiya yaşının azaldılması ilə bağlı təkliflərə münasibət bildirib:
“Düzdür, nazirliyin gündəliyində bu məsələ yoxdur, amma biz təkliflərimizin üzərində dayanırıq. Hesab edirəm ki, qadınların pensiya yaşı azaldılmalıdır. Çünki ümumi yaşam dövrü qısalıb və insanların müəyyən sıxıntıları var. İnsanlar əvvəlki dövrlə müqayisədə indi daha erkən yaşda dünyalarını dəyişirlər. Hər il pensiya yaşı bir qədər artırılır. Nazirlik statistikaya əsaslanır, rəqəmlər göstərir ki, insanlar çox yaşayır. Amma fikrimcə pensiya yaşının müəyyən qədər azaldılmasına ehtiyac var”.
OXŞAR XƏBƏRLƏR