Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Partlayışda ölən daha üç nəfərin kimliyi bilindi - FOTO

Partlayışda ölən daha üç nəfərin kimliyi bilindi - FOTO

Partlayışda ölən daha üç nəfərin kimliyi bilindi - FOTO
2024-01-17 , 15:54

Binəqədi rayonunda yerləşən mebel sexində baş verən partlayışda həlak olan daha 3 nəfərin kimliyi bilinib.

Yenilik.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, bunlar-Aydın Atakişiyev, Elvin Məmmədov və Fərid Qubadovdur.
A.Atakişiyev Quba, E.Məmmədov Saatlı, F.Qubadov isə Cəlilabad rayonundan olub. Onların cəsədləri dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, hadisə nəticəsində bu günə olan məlumata görə 9 nəfər həlak olub. Hazırda axtarış işləri davam edir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.