Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Partlayış olan sexin sahibi Tağı İbrahimov: "Əl çəkin, elə şeylər yazırlar ki..."

Partlayış olan sexin sahibi Tağı İbrahimov: "Əl çəkin, elə şeylər yazırlar ki..."

Partlayış olan sexin sahibi Tağı İbrahimov: 
2024-01-17 , 16:21

Binəqədidə dəhşətli partlayış baş verən mebel sexinin "ATV" telekanalının keçmiş prezidenti, iş adamı Tağı İbrahimova məxsus  olması ilə bağlı xəbər yayılıb. Məlumatda bildirilir ki, obyekt Binəqədi rayonundakı keçmiş Ağac Emalı Zavodunun ərazisində yeləşir. Sözügedən zavod illər əvvəl Nazim İbrahimovun qardaşı, "İBRA Holdinq"in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib. 

 
Sexin təsisçisi Tağı İbrahimov və "Avesta" şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmli olub. 
Məsələ ilə bağlı Manset.az iş adamı Tağı İbrahimovla əlaqə saxlayıb.O sərt ifadələr işlədərək telefonu söndürüb:
"Mənə niyə zəng etmisiniz? Əl çəkin məndən.Elə şeylər yazırlar ki...Yox, danışmayacam".
Qeyd edək ki, dəhşətli partlayış nəticəsində 9 nəfər həlak olub, 24 nəfər isə xəsarət alıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.