Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “O kişilərin fikri başqasının arvadının, subay qızının yanındadır” - Qalmaqallı açıqlama 

“O kişilərin fikri başqasının arvadının, subay qızının yanındadır” - Qalmaqallı açıqlama 

“O kişilərin fikri başqasının arvadının, subay qızının yanındadır” - Qalmaqallı açıqlama 
2024-01-31 , 13:19

Bəzi psixoloqlar düşünür ki, ailələrin dağılmasının əsas səbəbi kişilərin xanımlarına xəyanət etməsi, daim yeni münasibətlərə can atmasıdır. Təbii ki, bu fikir cəmiyyətdə müzakirələrə səbəb olub. Xüsusilə, kişilər həmin səbəblərlə razılaşmır, ailələrin dağılmasında qadının da günahkar olduğunu vurğulayırlar. 

Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova “Yeni Sabah”a danışıb. Onun sözlərinə görə, kişilər bir neçə səbəbdən psixoloqa müraciət edirlər: 
“Kişilərin bu fikirlə razılaşmaması təbii haldır. Onlar qadınları günahlandırırlar, çünki öz doğruları var. Amma görünməyən reallıqlar mövcuddur və kişilər bu haqda danışmağı heç zaman istəmirlər. Hazırda münasibətlərdə cütlüklər arasında bir-birini anlamaq üzrə problem yaranır. Psixoloqa müraciət edən kişilər isə adətən qadınlarda bu qüsurları tapır ki, xanım deyingəndir, anamla yola getmir və əsassız yerə ailədə söz-söhbət yaradır. İkinci növ narazılıqlar qısqanclıq səbəbindən ortaya çıxır. Lakin buna görə, bəylər sevinməlidir ki, o xanımın fikri öz həyat yoldaşının yanındadır. Məhz elə həmin səbəbdən onu sevir, düşünür və qısqanır ki, həyat yoldaşını bölüşmək istəmir. Həqiqətən də, bir xanım öz ailəsini qorumaqdan ötrü deyinirsə, burada şübhə ilə olan reallıq arasında çox fərq var. Biri var sən sadəcə olaraq şübhələnirsən, ancaq digər məsələ artıq əlində faktın olmasıdır. Qadınlarda elə bir hissiyat mövcuddur ki, 20 qadın sıraya düzülsə, məhz öz ərinin diqqətini cəlb edən xanımı tapacaq. Hətta kişi həmin qadın haqda düşünmürsə belə, qadın o fikri kişinin düşüncəsində yaradır. Bəzən baxmayan adam da fikirləşir ki, görəsən o necə insandır ki, xanımım mənə bunu deyir”. 
Psixoloq qeyd edir ki, kişilər problemlərdən yaxa qurtarmaq üçün xəyanət etməyi seçirlər:
“Digər tərəfdən onu qeyd edim ki, ümumiyyətlə, evli bəylərin bir neçə yalanı olur. Bunlara “istəmədiyim halda ailə qurmuşam”, “valideynlərim zorla evləndirdi” “mən o zaman başqasını sevirdim” və s. aiddir. Belə xırda nüanslar ailələr üçün gələcəkdə böyük problemlərin təməlini hazırlayır. Bəzən kişilər düşünür ki, problemdən xilas olmaq üçün başqa yerdə xoşbəxt olmaq mümkündür. Başqa yer isə adətən kiminsə arvadının, ya da subay qızının yanında olur. Belə olduqda isə, onlar daha böyük problemlərlə üz-üzə qalır. Kişilər həmin məsələnin mahiyyətini və gələcəkdə hansı xaosun yarana biləcəyini anlasa, bəlkə də həmin yolu seçməzlər. Normal tərbiyə hökm sürən ailələrdə sözügedən hallara rast gəlinmir. Fəqət, mübahisələrin çoxluq təşkil etdiyi evliliklərdə qadın anlaşılmadığı və diqqətsiz qaldığı zaman bircə xoş sözə aldana bilir. Bu da bir gerçəkdir ki, qadınlar qulaqları ilə sevirlər. Kişilər isə ovçu təbiətinə malik olduğu üçün tək gözlərini qıyaraq da yanlış addımlara atmağa meyl göstərirlər”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.