Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Məşhur iş adamı “TikTok”u ALMAQ İSTƏYİR - FOTO

Məşhur iş adamı “TikTok”u ALMAQ İSTƏYİR - FOTO

Məşhur iş adamı “TikTok”u ALMAQ İSTƏYİR - FOTO
2024-03-11 , 18:31

“Activision Blizzard” şirkətinin keçmiş baş direktoru, zəngin iş adamı Bobi Kotik “TikTok” sosial şəbəkə xidmətini almaq istəyir. 


Yenilik.az xəbər verir ki, bu barədə “Wall Street Journal” nəşri adını açıqlamadığı mənbəyə istinadən xəbər verib. 

Nəşr yazır ki, Kotik keçən həftə keçirilən bir konfransda “OpenAI”ın baş direktoru Semi Altman və başqa investorlarla görüşündə niyyətini açıqlayıb.Kotik hətta digər zənginlərə ortaqlıq təklifini də edib. 

O deyib ki, niyyətini “TikTok”un sahibi “ByteDance” şirkətinin rəhbəri Çjan İminoya bildirib. 

“TikTok”a ABŞ-də təzyiqlər artır. ABŞ-də qəbul edilən qanun layihəsi “TikTok”u qadağan edə bilər. ABŞ hökuməti Çin şirkəti qarşısında başqa bir seçim imkanı da qoyur. Alternativ varianta görə “TikTok” ABŞ vətəndaşlarından birinə satılarsa, onun ABŞ bazarında qalması mümkün olacaq. Əks təqdirdə ABŞ hökuməti əməliyyat sistemlərində mövcud olan mağazalarda “TikTok”un satışını dayandıracaq.  (Sfera.az)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.