Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Pensiya alanlara şad xəbər

Pensiya alanlara şad xəbər

Pensiya alanlara şad xəbər
2024-03-19 , 17:09

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Novruz bayramı ilə əlaqədar mart ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları qrafikdən əvvəl olmaqla bu gün tam ödənilib.

 
Nazirlikdən verilən məlumata görə, bundan əvvəl, martın 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, martın 15-də bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin mart ayının pensiyaları ödənilib.
 
Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.