Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Lalə Azərtaşın verilişi bağlanır - "Xəzər"dən AÇIQLAMA

Lalə Azərtaşın verilişi bağlanır - "Xəzər"dən AÇIQLAMA

Lalə Azərtaşın verilişi bağlanır -
2024-04-19 , 15:13

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.

Yenilik.az bildirir ki, bu barədə Pravda.az-ın sorğusuna cavab olaraq Xəzər TV-dən bildirilib.
"Televiziya olaraq artıq bu cür layihələrin dövrünün başa çatdığını düşünürük. Bəli, doğrudan da may ayının ortalarından "Təsir dairəsi" verilişinin efir vaxtının yarım saat azaldılmasını planlaşdırırıq. Növbəti televiziya ilindən isə, güman ki, sözügedən verilişin əvəzinə daha sanballı, insanların problemlərini daha çox həll etməyə qadir, milli mentalitetimizə, milli dəyərlərimizə daha uyğun layihələrlə efirə gəlməyi planlaşdırırıq", - açıqlamada qeyd olunub.
Qeyd edək ki, verilişin aparıcısı Lalə Azərtaşdır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.