Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Cavanşir Məmmədovun cənazəsi evindən çıxarıldı - FOTO

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarıldı - FOTO

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarıldı - FOTO
2024-04-20 , 16:07

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.

 
Mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.
 
Əməkdar artistin ölüm xəbərini eşidən sənət yoldaşları da mərhumun evinə üz tutub. Onlar arasında Elza Seyidcahan, Elçin Əlibəyli, Gövhər Rzayeva və digərləri olub.
 
Cavanşir Məmmədov Yasamal qəbiristanlığında dəfn olunacaq.
 
 Qeyd edək ki, 70 yaşlı Cavanşir Məmmədov bu gün səhər saatlarında ürəktutmadan dünyasını dəyişib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.