Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Əli Kərimlinin cəsarəti çatırsa, gəlsin çıxış edək”

“Əli Kərimlinin cəsarəti çatırsa, gəlsin çıxış edək”

“Əli Kərimlinin cəsarəti çatırsa, gəlsin çıxış edək”
2024-04-23 , 15:56

“Özünü demokratik göstərən dövlətlər nəinki Azərbaycanın haqq işinin yanındadır, əksinə sülh imzalanmasına qarşı məkrli siyasət aparırlar”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında bildirib.
Millət vəkili qeyd edib ki, Xocalı soyqırımını törədənlərə, Gəncəni, Bərdəni, Tərtəri bombalayanlara qarşı sanksiya tətbiq olunmayıb: “Halbuki bu əməlləri törədən ermənilər fəxrlə etdiklərini etiraf etdilər. Əfsus ki, bu etirafı edənlərə qarşı hər hansı addım atılmayıb.
Azərbaycanda bir tiktoker var, Əli Kərimli. Bir kompüteridir, bir də özü. Əgər cəsarəti çatırsa, fikir bildirmək istəyirsə, istənilən internet saytlarına dəvət edirik. Çıxış edək, gəlsin ona başa salaq ki, dünyanın gəlişi-gedişi nədir, dünya nədir, dünya tək başqa dövlətlərə donos verməkdən ibarət deyil. Nə vaxt istəyir, biz hazırıq”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.