Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı - ŞOK

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı - ŞOK

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı - ŞOK
2024-04-25 , 14:44

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb.

Yenilik.az Lent.az-a istinadla bildirir ki, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Goranboy rayon Polis Şöbəsinə müraciət daxil olub. Araşdırmalar zamanı yetkinlik yaşına çatmayan şəxsin evlənmək məqsədi ilə Şəmkir rayonuna getməsi məlum olub. 
Goranboy və Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şəxsin yeri müəyyən edilərək ailəsinə təhvil verilib.
Araşdırmalar davam etdirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.