Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Civəni 200 min manata satmaq istədi

Civəni 200 min manata satmaq istədi

Civəni 200 min manata satmaq istədi
2023-03-28 , 11:08

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əcnəbi ölkədən qeyri-qanuni yolla respublika ərazisinə gətirilmiş, insan sağlamlığına güclü təsir göstərən zərərli kimyəvi maddə hesab edilən civəni satmaq istəyən şəxs saxlanılıb.
Yenilik.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Hacıqabul rayon sakini İbrahim İbrahimovun sosial şəbəkə vasitəsi ilə tanımadığı əcnəbi vətəndaş ilə cinayət əlaqəsinə girərək Şirvan rayonu ərazisində gizlədilmiş civəni Şəmkir rayonuna gətirməsi və orada 200 min manata satmaq istəməsi məlum olub.
Şübhəli şəxs saxlanılaraq Şəmkir Rayon Polis Şöbəsinə gətirilib və üzərindən 2 ədəd şüşə qabda ümumi çəkisi 1 kiloqram 700 qram olan civə aşkarlanaraq götürülüb.
Aşkar edilən maddi sübut müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.