Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Bakcell” bütün ölkəni Bulvardakı konsertə çağırır

“Bakcell” bütün ölkəni Bulvardakı konsertə çağırır

“Bakcell” bütün ölkəni Bulvardakı konsertə çağırır
2024-04-24 , 02:29

“Bakcell”in sosial mediada paylaşdığı sonuncu videolarda musiqi ulduzları Röya və Miri Yusif bütün ölkəni yeniliyə səsləyib.

Məşhur simalarla yanaşı, ən çox təəccüb yaradan süni intellekt dəstəkli robot olub.
İnsanabənzər robot da Azərbaycan dilində danışığı ilə Bulvardakı konsertə dəvət mesajı göndərib.
Robotla bağlı hələ ki dəqiq məlumat olmasa da, görünür, “Bakcell” 25 aprel, 18:00-da Bakı Bulvarında baş tutacaq konserti ilə bütün Azərbaycana innovasiyalarla dolu bir təcrübə yaşadacaq.
Bundan əlavə, ötən günlərdə 100 000 GB hədiyyə veriləcəyini bildirən “Bakcell”, Tünzalə Ağayeva, Natiq Ritm Qrupu, Murad Arif kimi məşhur simalarını açıqlamışdı.
Maraqlıdır, “Bakcell” hansı yenilikləri ictimaiyyətə bölüşəcək?
Detalları 25 aprel 18:00-da Bulvarda biləcəyik.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.