Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Nadir Adilov: Ankarada keçiriləcək Dünya Mediatorlarının Birinci Forumunun əsas təşkilatçılarından olmağımız qürurvericidir

Nadir Adilov: Ankarada keçiriləcək Dünya Mediatorlarının Birinci Forumunun əsas təşkilatçılarından olmağımız qürurvericidir

Nadir Adilov: Ankarada keçiriləcək Dünya Mediatorlarının Birinci Forumunun əsas təşkilatçılarından olmağımız qürurvericidir
2024-05-04 , 17:00

Ankarada Dünya Mediatorlarının Birinci Forumu keçiriləcək.

Bu barədə Mediasiya Şurası İdarə heyətinin sədri, Türk Dünyası Mediatorlar Birliyinin sədr müavini Nadir Adilov qeyd edib ki, 2024-cü il son aylarında Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində Türk Dünyası Mediatorlar Birliyi tərəfindən Dünya Mediatorlarının Birinci Forumunun keçirilməsi barədə Türk Dünyası Mediatorlar Birliyi qərar verib.

Qeyd edilən forumun ilk dəfə keçiriləcəyini bildirən Nadir Adilov qeyd edib ki, Azərbaycan Mediasiya Şurasının bu dünya əhəmiyyətli tədbirdə əsas təşkilatçılardan biri olması qürurvericidir. O qeyd edib ki, keçirilməsi planlaşdırılan beynəlxalq forum mediasiyanın dünya səviyyəsində markalaşmasında və daha geniş tərkibdə mediasiyanın qarşısında duran hədəfləri müzakirə etmək üçün gözəl platforma olacaq./Editor.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.