Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Hikmət Hacıyev: Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

Hikmət Hacıyev: Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

Hikmət Hacıyev: Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır
2024-07-21 , 11:48

Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir, çünki orada Azərbaycana qarşı birbaşa ərazi iddiaları var.


"Report"un Şuşaya ezam edilən müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında söyləyib.

O qeyd edib ki, Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır:

"Sülh sazişi ilə bağlı vaxt çərçivəsi qoymuruq. Azərbaycan gözləyir ki, ərazi iddiasına son qoyulsun. Anlayırıq ki, konstitusiya hər ölkənin daxili işidir, amma burada başqa ölkəyə qarşı ərazi iddiası olmamalıdır. Hüquqi çərçivə ərazi iddialarına son qoyacaq formada olmalıdır".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.