Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Mediatorlar Birliyinin nümayəndələri Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfirliyində olublar.

Mediatorlar Birliyinin nümayəndələri Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfirliyində olublar.

Mediatorlar Birliyinin nümayəndələri Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfirliyində olublar.
2024-07-19 , 16:03


Azərbaycan Respublikasının Mediasiya Şurasının mediatorlardan ibarət nümayəndə heyəti Türk Dünyası Mediatorlar Birliyinin iştirakı ilə Qazaxıstana səfəri zamanı Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfirliyində olublar. Nümayəndə heyətini səfirliyin müşaviri Rövşən Kazımov qəbul edib. Nümayəndə heyəti Qazaxıstan Respublikasının Astana şəhərində yerləşən Azərbaycan Respublikasının səfirliyindəki Heydər Əliyev muzeyi ilə tanış olublar.

Səfərin məqsədi, Qazaxıstan Respublikasındakı dövlət qurumları ilə görüşlər keçirmək və türkdilli ölkələrdə mediasiya institutunun qurulması, inkişafı və gələcək perspektivləri barədə fikir mübadiləsi aparmaq olub. 

Türk Dünyası Arabulucular Birliği'nin İdarə Heyətinin sədri Yakup Erikel və Azərbaycan Respublikasının Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov səfirlikdə təşkil edilən qəbul üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Qırğızıstandakı səfirliyinə öz təşəkkürlərini bildirib. 

Müşavir Rövşən Kazımov isə öz növbəsində görüşdən məmnun olduğunu qeyd edib və nümayəndə heyətinə mediasiya sahəsindəki fəaliyyətində uğurlar arzu edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.