Mediatorlar Birliyinin nümayəndələri Türkiyə Cümhuriyyətinin Qazaxıstan Respublikasındakı səfirliyində olublar

Azərbaycan Respublikasının Mediasiya Şurasının mediatorlardan ibarət nümayəndə heyəti Türk Dünyası Mediatorlar Birliyinin iştirakı ilə Qazaxıstana səfəri zamanı Türkiyə Cümhuriyyətinin Qazaxıstan Respublikasındakı səfirliyində olublar. Nümayəndə heyətini Türkiyə Respublikasının Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mustafa Kapucu qəbul edib.
Səfərin məqsədi Qazaxıstan Respublikasındakı dövlət qurumları ilə görüşlər keçirmək və türkdilli ölkələrdə mediasiya institutunun qurulması, inkişafı və gələcək perspektivləri barədə fikir mübadiləsi aparmaq olub.
Türk Dünyası Arabulucular Birliği'nin İdarə Heyətinin sədri Yakup Erikel və Azərbaycan Respublikasının Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov səfirlikdə təşkil edilən qəbul üçün Türkiyə Cümhuriyyətinin Xarici İşlər Nazirliyi və Türkiyə Cümhuriyyətinin Qazaxıstandakı səfirliyinə öz təşəkkürlərini bildirib.
Cənab səfir isə öz növbəsində görüşdən məmnun olduğunu qeyd edib və nümayəndə heyətinə mediasiya sahəsindəki fəaliyyətində uğurlar arzu edib.
OXŞAR XƏBƏRLƏR