Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Vahid Əhmədov namizədliyini GERİ GÖTÜRDÜ

Vahid Əhmədov namizədliyini GERİ GÖTÜRDÜ

Vahid Əhmədov namizədliyini GERİ GÖTÜRDÜ
2024-07-29 , 15:48

VI çağırış Milli Məclisin üzvü Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb.

Yenilik.az xəbər verir ki, məlumatı "Report"a V.Əhmədov təsdiqləyib.
O bildirib ki, 59 saylı Quba seçki dairəsinə müraciət edərək könüllü şəkildə namizədliyini geri götürüb:
"Kifayət qədər yaşım var. Ailəm və yaxınlarım mənə istirahət etməyi tövsiyə ediblər. Mən hər zaman dövlətimin, millətimin və xalqımın yanındayam. Bundan sonra da dövlətim və xalqım üçün əlimdən gələni etməyə hazıram".
Qeyd edək ki, V. Əhmədov III, IV, V və VI çağırış Milli Məclisinin deputatı olub.
Xatırladaq ki, Prezident İlham Əliyev sərəncam verərək 2024-cü il sentyabrın 1-ə növbədənkənar parlament seçkiləri təyin edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.