Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Xəzər rayon sakinləri deputatlarını tanımırlar

Xəzər rayon sakinləri deputatlarını tanımırlar

Xəzər rayon sakinləri deputatlarını tanımırlar
2024-08-20 , 16:59

“Vallah, heç Xəzər rayonunun köhnə deputatlarını (Soltan Məmmədov və Rauf Əliyev) tanıyan yoxdur. Gərək, sakinlər tanısınlar ki, adlarını da bilsinlər. 90% sakin köhnə millət vəkillərini tanımır. Seçki təbliğatı vaxtı üç-beş nəfər yığılır, görüşlər keçirirlər, sonra adamlar izlərini-tozlarını görmürlər. Vəziyyət çox acınacaqlıdır. İş təkcə bir dairə ilə yekunlaşmır. 125 dairənin 90%-i eyni vəziyyətdədir. Adamın sakinlərə ürəyi ağrıyır”. 

 
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə Ümid Partiyasını təmsil edən 13 saylı Xəzər ikinci seçki dairəsinin namizədi Şükür Cavadov deyib. 
 
O bildirib ki, təşviqat kampaniyası ilə bağlı heç bir problem yoxdur: “Sadəcə, bəzilərinin imkanları daha çoxdur, daha güclü kampaniya aparır. Hərə kəs öz resursuna uyğun təşviqat aparır. Hər şey normal qaydada davam edir. Biz “qapı-qapı” kampaniyasına üstünlük veririk. Məqsədimiz budur ki, hər bir seçici ilə görüşə bilək, onların problemləri, qayğıları ilə tanış olaq. Qismət olarsa, parlamentdə bu problemləri aidiyyəti orqanlara yönəldərək müsbət həllinə nail olarıq. Mən də bu dairədə yaşayan biri kimi sakinlərin vəziyyətini yaxşı anlayıram. Namizədlər 20 gün ərzində təşkil olunmuş adamlarla təşviqat vaxtı görüşürlər, vəssalam. Binədə, Qalada yalnız mərkəzi yollar normal vəziyyətdədir. Digər yollar isə yağış yağanda, hava palçıqlı olanda girməli deyil. Binə və Qala qəsəbəsinin 20-30%-ində su var. Digər insanlar əziyyət çəkir. Bundan əlavə, su vaxtında verilmir. Üçüncü mərtəbədən yuxarı su qalxmır, gün ərzində 2 saat su verilir”. 
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.