Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » O nədir ki, Xəzərdə soyu tükənir, Azovda artır?

O nədir ki, Xəzərdə soyu tükənir, Azovda artır?

O nədir ki, Xəzərdə soyu tükənir, Azovda artır?
2024-09-09 , 14:57

Azov dənizində nərə balıqlarının ehtiyatı əhəmiyyətli dərəcədə artıb, lakin onların ovlanmasına icazə vermək qərarı balanslaşdırılmış olmalıdır.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə “Rosrıbolovstvo”nun rəhbəri İlya Şestakov Şərq İqtisadi Forumunda jurnalistlərin sualına cavab verərkən bildirib.
“Burada çox ölüçülüb-biçilmiş bir qərar olmalıdır. Bu, hərtərəfli qiymətləndirmə tələb edən mürəkkəb bir işdir. Ekoloji baxımdan biz Azov dənizində nərə balıqlarının ehtiyatının yaxşı olduğunu görürük”, - deyə Şestakov bildirib.
Qeyd edək ki, Azovdakı vəziyyətin əksinə olaraq, 5 ölkənin (Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran) arasında bölünmüş Xəzər dənizində amansız istismar nəticəsində nərəkimilər fəsiləsindən olan balıqların sayı son dərəcə azalıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.