Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Aytən Səfərova düşdüyü dəhşətli qəzadan danışdı - “Hamı biləcək ki...”

Aytən Səfərova düşdüyü dəhşətli qəzadan danışdı - “Hamı biləcək ki...”

Aytən Səfərova düşdüyü dəhşətli qəzadan danışdı - “Hamı biləcək ki...”
2024-09-17 , 15:58

"Mən efir adamıyam. 28 ildir Azərbaycan mediasına, dövlətinə, xalqına, millətinə alnıaçıq, üzüağ xidmət edən jurnalistəm, aparıcıyam. Televiziya aparıcısı, əlbəttə ki, televiziyada olmalıdır. Nəhayət ki, mən də qayıtdım". 

Bunu Moderator.az-a açıqlamasında tanınmış teleaparıcı Aytən Səfərova deyib. 
O daha sonra bildirib ki, baş verən avtomobil qəzasında o, günahkar deyil.  vakansiyalar
"İşimlə bağlı istintaq hələ ki, davam edir. Azərbaycanın hüquq-mühafizə orqanlarının bu məsələdə obyektiv qərar çıxaracağına inanıram. Kadrlar var. Kadrlarda da hər şey görünür. Allah qoysa, o kadrlar ictimailəşəndə hamı biləcək ki, mənim orada heç bir günahım yoxdur", - deyə, aparıcı bildirib. 
Aytən Səfərova övladlarından da danışıb. 
"Balaca oğlun Nizami 1-ci sinfə getdi. Ortancıl oğlum artıq 4-cü sinif şagirdidir. Qızım da 2-ci kurs tələbəsidir. Gələcəyin psixoloqudur. Kliniki psixologiya ixtisasında təhsil alır. Gələcəkdə Azərbaycanda hüquq-mühafizə orqanlarında psixoloq kimi çalışmaq istəyir. İnşallah, təki elə də olsun. 4-cü sinifdə oxuyan oğlum polis olmaq istəyir. Mən elə bilirdim ki, bu sadəcə bir həvəsdir, görürəm ki, yox israrlıdır. Balaca oğlum da hələ heç bilmir məktəb nədir..." - deyə aparıcı bildirib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.