Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Kontakt Home”un administratoru şirkətə qarşı 57 minlik dələduzluq etdi

“Kontakt Home”un administratoru şirkətə qarşı 57 minlik dələduzluq etdi

“Kontakt Home”un administratoru şirkətə qarşı 57 minlik dələduzluq etdi
2024-12-06 , 22:38

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Elzamin Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, Elzamin Məmmədov 2021-ci il tarixdən 01 avqust 2022-ci il tarixədək “ABC-Telecom” MMC-nin əmtəə nişanının sahibi olan “Kontakt Home 41” mağazasının inzibatçısı (administratoru) vəzifəsində işləyib. O, həmin müddət ərzində şirkətin 56 693,09 manat məbləğində pulu mağazanın kassasına mədaxil etməyərək özünün şəxsi ehtiyaclarına sərf edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elzamin Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.