Yenilik.Az
www.Yenilik.Az » Cavanşir Məmmədov keçmiş kürəkənlə yenidən məhkəmədə üz-üzə gəldi

Cavanşir Məmmədov keçmiş kürəkənlə yenidən məhkəmədə üz-üzə gəldi

Cavanşir Məmmədov keçmiş kürəkənlə yenidən məhkəmədə üz-üzə gəldi
2023-09-04 , 14:40

Bakı Apellyasiya Məhkəməsində Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovanın qeyri-rəsmi nikahda yaşadığı Mustafa Kemal İbilinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Yenilik.az Pravda-ya istinadla xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası sentyabrın 6-na təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Kemal İbili 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Türkiyə vətəndaşı Mustafa Kemal İbili C.Məmmədov və ailə üzvlərinin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir. M.K.İbili isə özünü təqsirli bilmir, əksinə zərərçəkmiş olduğunu deyir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində istintaq dövrü müddəti üçün polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi. 
Təqsirləndirilən şəxs dəfələrlə verilişlərə çıxaraq C.Məmmədovun qızının onu aldatdığını, ailə quracağını deyərək ona 300 min dollara yaxın hədiyyələr aldırdığını iddia edib. O, C.Məmmədovun qızı ilə Türkiyədə Sultan Ahmet məscidində isə imam nikahı bağladığını qeyd edib.
Müğənni isə iddiaları təkzib edib, İbilinin qızı ilə nikahı olmadığını deyib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.