Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Siyavuş Novruzov: İki uşağı olanlar da hərbi xidmətə çağırılmamalıdır

Siyavuş Novruzov: İki uşağı olanlar da hərbi xidmətə çağırılmamalıdır

Siyavuş Novruzov: İki uşağı olanlar da hərbi xidmətə çağırılmamalıdır
2024-12-20 , 14:02

İki övladı olan şəxslərin hərbi xidmətə aparılmaması təklif olunub.

Yenilik.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişikliklərin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
O qeyd edib ki, hazırda üç uşağı olan şəxslər hərbi xidmətə çağırılmırlar:
“Bu məsələ iki uşağı olan şəxslər üçün də keçərli olmalıdır. Düşünün ki, iki uşaq bir il altı ay öz atasını görmür. Onsuz da həmin şəxslərin sayı elə də çox deyil. Gələcəkdə bu məsələyə baxılmalı olduğunu düşünürəm”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.