Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Metronun "Sahil" stansiyasında eskalatorun hərəkəti DAYANDI: SIXLIQ YARANDI

Metronun "Sahil" stansiyasında eskalatorun hərəkəti DAYANDI: SIXLIQ YARANDI

Metronun
2024-12-20 , 23:12

Bakı metropoliteninin "Sahil" stansiyasında eskalatorlardan birinin hərəkəti müvəqqəti dayandırılıb.

Yenilik.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiqləyib.
Onun sözlərinə görə, hadisəyə sərnişinlərdən birinin təhlükəsizlik açarını işə salması səbəb olub:
"Nəticədə eskalator dayanıb. Bu halda digər eskalatorun işə salınması təmin edilir. Pik saat olduğu üçün stansiyada sərnişin sıxlığı yaranıb. Bu da eskalatorun iş rejiminə uyğun olaraq, sərnişin axınının artmasına səbəb olub. Lakin heç bir qorxulu vəziyyət yoxdur. Qısa müddət ərzində eskalatorlardan birinin yuxarı, digərinin isə aşağı istiqamətdə fəaliyyəti bərpa edilib".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.