Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat ödəniləcək

Təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat ödəniləcək

Təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat ödəniləcək
2024-12-26 , 22:38

“Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının qərarı ilə 25.12.2024-cü il tarixində Qazaxıstan Respublikası ərazisində qəzaya uğramış “Azərbaycan Hava Yolları” Sərnişin Aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində olan və xəsarət alanların hər birinə 20.000 manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40.000 manat kompensasiya ödənilməsi müəyyən edilmişdir.


Bununla yanaşı, bütün sərnişinlər Azərbaycan Respublikası qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişi alacaqlar.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.