Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Xalq şairi Nəriman Həsənzadə ürəyindən əməliyyat olunub

Xalq şairi Nəriman Həsənzadə ürəyindən əməliyyat olunub

Xalq şairi Nəriman Həsənzadə ürəyindən əməliyyat olunub
2025-01-15 , 15:53

Xalq şairi Nəriman Həsənzadə Bakı Sağlamlıq Mərkəzində (BSM) əməliyyat olunub.

 
BSM-dən verilən məlumata görə, 93 yaşlı şair, dramaturq yanvarın 12-si axşam saatlarında tibb müəssisəsinə müraciət edib.
 
Müayinə zamanı pasiyentə tətbiq olunan ablasiya proseduru əsnasında altda öz ürək ritminin olmadığı aşkarlanıb və qısa müddətli kardiopulmonar resusitasiya (KPR) icra olunub. Ürək ritminin izlənməməsi səbəbindən pasiyentə müvəqqəti stimulator taxılıb və müvəqqəti stimulator sonrasında eyni seansda daimi stimulyator implantasiyası proseduru icra olunub. Pasiyent bir neçə saatlıq reanimasiya müşayiətinin ardından intensiv palataya keçirilib".
 
Hazırda N.Həsənzadənin vəziyyəti yaxşıdır və yaxın günlərdə evə buraxılacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.